Cahit Bağçı: "Xocalı faciəsi qurbanlarının qisası alındı"


  • 26 Fevral 11:27

"Xocalı qurbanlarının acısını dərindən hiss edirik".

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xocalı soyqırımı türk dünyasında dərin yara buraxıb.

"Şükürlər olsun ki, Qarabağ işğaldan azad edildi. Xocalıda qətl edilən qardaşlarımızın qisası alındı. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda asıldı", - deyə səfir qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər