Məzmuna keç

“Dövlət Dəniz və Liman Agentliyi” 14 min manatlıq sifariş verdi

"Dövlət Dəniz və Liman Agentliyi" publik hüquqi şəxsinin avtomobillərin cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Avtodoktor" MMC olub.

Məlumata görə, qalib şirkətə 14.565 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə