SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Başdan ayağa” aksiyası öz işini bu dəfə fərqli formatda davam etdirir.
E-huquq.az xəbər verir ki, Birliyin İdarəetmə aparatının məsul şəxsləri Gəncə Regional qaz istismarı İdarəsinə ezam olunaraq fərdi yaşayış evləri və mənzillərdə keçirilən texniki müayinəni yaxından izləyir və icrasına birbaşa nəzarət edirlər.
