“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Mingəçevirdə keçiriləcək


  • 4 Mart 15:36

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi sahibkarlarla növbəti görüşünü Mingəçevir şəhərində keçirəcək.

E-huquq.az Birliyə istinadən xəbər verir ki, “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndəsinin iştirakı da nəzərdə tutulur.

Aksiya Gənclər Evinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” martın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək

Oxşar xəbərlər