Məzmuna keç

Şəhid adının əbədiləşdirilməsinə dair yeni qanun layihəsi hazırlanıb

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" yeni qanun layihəsinin yaxın zamanlarda parlamentə daxil olması planlaşdırılır.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun ən uzunömürlü qanunlardan biridir", – o qeyd edib.