Məzmuna keç

Yevlaxda “Açıq mikrofon” aksiyası keçirildi –

"Oğlum üçün yeni massivdə ev tikmişik. Amma həmin məhəllədə qaz xəttinin olmaması işimizi çox çətinləşdirir. Bura gəlməyimin də səbəbi budur ki, o əraziyə qaz çəkilməsində bizə köməklik edəsiniz".

E-huquq.az xəbər verir ki, bu sözləri SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yevlax rayonunun Səmədabad kəndində keçirilən "Açıq mikrofon" aksiyasında kənd sakini Qərənfil Əzizova söyləyib.

Eldəniz Hüseynov və Araz İsmayılovun da müraciəti genişlənən əraziyə küçə qaz xəttinin çəkilişi ilə bağlı olub.

Kənd sakinləri İsrail Məmmədzadə, Mübariz Bədəlov və İlham Rəhimov isə qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər.Fərdi qaz tənzimləyicinin əvəzlənməsini istəyən Elşən Əşrəfovun da müraciəti qeydiyyata alınıb.

Vətəndaşların ünvanladıqları bütün suallar Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı izahatlar verilib.