Məzmuna keç

Akif Qurbanovun vəkilinin iddialarına

“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib.

O deyib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir: “Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.