Bakı-Moskva təyyarəsi Domodedovo hava limanına endi


  • 17 Mart 17:41

Bu gün “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo aeroportuna enib.

E-huquq.az xəbər verir ki, bu barədə AZAL Mətbuat xidmətindən bildirilib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

“Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.

Qeyd edək ki, bu gün Rusiya paytaxtına dron hücumu olub. Domodedovo hava limanı rayonunda hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan PUA-nı vurub.

Oxşar xəbərlər