Məzmuna keç

Biləsuvarda pirotexniki vasitələr satan mağazanın sahibi məsuliyyətə cəlb edildi

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan e-huquq.az-a verilən məlumata görə, tədbirlər zamanı şəhər ərazisində yerləşən mağazalardan birində pirotexniki vasitələrin satıldığı aşkarlanıb.

Mağazanın sahibi İ.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.