Məzmuna keç

“Crocus City Hall”dakı terror aktında ölənlərdən 68 nəfərin şəxsiyyəti müəyyən edilib

"Crocus City Hall"da törədilən terror aktı zamanı ölənlərdən 68 nəfərin şəxsiyyət müəyyən edilib.

E-huquq.az.ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.

Bildirilib ki, ilk məhkəmə-tibbi ekspertizasının nəticələrinə görə, 68 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin siyahılarında 29 nəfərin adı daxil edilmişdi.

Nazirlik qeyd edib ki, məhkəmə-tibb ekspertləri ölənlərin şəxsiyyətini dəqiqləşdirdikcə siyahı yenilənəcək.