BDU-nun Hüquq fakültəsində “Hüquq elmində yeni tendensiyalar” adlı tədbir keçirildi - FOTO


  • 27 Mart 17:08

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 2024-cü il 27 mart tarixində Elm Gününə həsr olunmuş “Hüquq elmində yeni tendensiyalar” adlı tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan dekan Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Elm Gününün təsis edildiyini, bunun müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biri olduğunu və bu əlamətdar günün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edildiyini vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərdiyini qeyd edən dekan, respublikamızda elmin sürətli inkişaf mərhələsinin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Ulu Öndərin başladığı səmərəli islahatların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən dekan, dövlət başçısı tərəfindən imzalanmış aktların qısa dövr ərzində elm və təhsilin dinamik inkişafını təmin etdiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi müxtəlif layihələrin məhz təhsilin inkişafına xidmət etdiyini xüsusi vurğulayan dekan, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz rolunu qeyd edib.

Hüquq fakültəsinin elmi nailiyyətlərindən danışan dekan, ötən il professor-müəllim heyəti tərəfindən 50-dək dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, 200-dən çox elmi məqalələrin yazıldığını, 70-dən artıq elmi məqalənin xarici ölkələrdə, o cümlədən beynəlxalq indeksli elmi nəşrlərdə çap olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər - Vəkillər Kollegiyası Akademiyasının rektoru, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının professoru Əmir Əliyev, elmi işlər üzrə dekan müavini Rahim Məmmədov, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov, Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri Kamil Səlimov, II kurs tələbəsi Güllü Abbasova dövlətin elm və təhsilə qayğısından, Hüquq fakültəsinin elmi uğurlarından, fakültənin Tələbə Elmi Cəmiyyətinin aktiv fəaliyyətindən və Tələbə Hüquq Jurnalının nailiyyətlərindən ətraflı bəhs ediblər.

Tədbirin yekununda dekan Zaur Əliyev müəllim və tələbələri Elm Günü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar xəbərlər