Gəncədə "Açıq mikrofon" aksiyası keçirildi - FOTO


  • 27 Mart 17:53

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Gəncə şəhərində baş tutub.

E-huquq.az xəbər verir ki, Gəncə RQİİ-nin rəisi görülən işlər haqqında məlumat verdikdən sonra "Açıq mikrofon" aksiyası sahibkarlarla sakinlərin ixtiyarına verilib.

Sahibkarlardan İlqar Hacıyev, sakinlərdən isə Valeh İbrahimov mərasim evinin qazlaşdırılmasını istəyib.

Müraciətlər arasında yeraltı qaz xətlərinin yerinin dəyişdirilməsi və qaz sayğaclarının yenisi ilə əvəzlənməsi kimi məsələlər də yer alıb. Görüşdə ünvanlanan problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Oxşar xəbərlər