"Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin kollektivi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
E-huquq.az xəbər verir ki, rəhbər Şaiq Mirzəyev başda olmaqla, şirkətin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
