Bakıda "Azərbaycan Arbitraj Günləri" adlı beynəlxalq konfrans keçirilir - FOTO


  • 25 Aprel 12:38

Bakıda "Azərbaycan Arbitraj Günləri" adlı beynəlxalq tədbir keçirilir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Arbitraj Assosiasiyası təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin dövlət və hökumət nümayəndələrinin, yerli və xarici hakimlərin, eləcə də beynəlxalq arbitraj üzrə ekspertlər və hüquqşünaslar iştirak edir.

Tədbirin təşkilində əsas məqsəd ölkəmizdə mübahisələrin alternativ həlli yollarından olan beynəlxalq arbitrajın inkişafı və onun regionda, eləcə də dünyada beynəlxalq investisiya və kommersiya mübahisələrinin həlli üçün arbitraj məkanı kimi tanınmasına nail olmaqdır.

Qeyd edək ki, konfrans sabah da davam edəcək.

Oxşar xəbərlər