Ötən ilin dekabrında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 489 min 738 elektron müraciət daxil olub.
Komitədən e-huquq.az-a bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.
