Məzmuna keç

Bakıda evdən 15 min manatlıq qızıl oğurlandı

Bakının Xətai rayonu ərazisində evlərin birindən oğurluq olub.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən ev sahibəsi oradan 15000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunmuş Taleh Salmanov müəyyən olunaraq saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.