Tik-Tok-un baş ofisində kütləvi zəhərlənmə oldu


  • 31 İyul 2024 19:35

TikTok-un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.

E-huquq.az bu barədə xarici KİV-lərə istinadən xəbəır verir.

Məlumata görə, 60 nəfər zərər çəkib, onlardan 57-si xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hamısında eyni simptomlar müşahidə olunub. Qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq.

Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər, hazırda orada mütəxəssislər tərəfindən yoxlama aparılır.

Oxşar xəbərlər