- 17 Aprel 19:58
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 8 825 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onların 4 622 nəfəri MSK-da, 4 203 nəfəri Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb".