Məzmuna keç

Əhməd Rəcəbli küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək) avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Belə ki, 6 avqust saat 00:00-dan 9 avqust saat 09:00-dək həmin ərazidə təmir işləri aparılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda deyilir.