Ədliyyə Nazirliyi Hüseyn Abdullayevin vəziyyətini açıqladı


  • 9 Avqust 17:08

Ədliyyə Nazirliyi sabiq deputat Hüseyn Abdullayevin vəziyyətini açıqlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, o, bu ilin iki avqust tarixində ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət edib:

"Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir."

Oxşar xəbərlər