Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir - FOTO


  • 14 Avqust 19:04

Azərbaycan və Özbəkistan respublikaları arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Özbəkistan hərbi qulluqçuları müasir silahlı münaqişələrdə taktiki pilotsuz uçuş aparatlarının (PUA) istifadəsinin planlaşdırılması və tətbiqi taktikası kursunda iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

Bu barədə e-huquq.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kursun ilk günündə özbəkistanlı qonaqlara Hərbi Hava Qüvvələrinin tarixi və fəaliyyəti haqqında, həmçinin PUA-ların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili, Azərbaycan Ordusunda mini və mikro PUA-ların tətbiqi mövzularında brifinq təqdim olunub.

Nümayəndə heyətinə Azərbaycan Ordusunun arsenalında yer alan bəzi PUA-lar əyani olaraq nümayiş etdirilib, qurğuların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib

Oxşar xəbərlər