Məzmuna keç

Sumqayıt Şəhər İcra Hakimiyyəti tenderinin qalibini açıqladı

Sumqayıt Şəhər İcra Hakimiyyətinin “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” maddəsi üzrə məişət tullantılarının yığılması üçün konteynerlərin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Xəzər İnşaat KO " MMC olub.

Məlumata görə, qalib şirkətə 384.931,25 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə