Məzmuna keç

Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub

Qısamüddətli gərginlik düşməsi nəticəsində Bakı metropoliteninin Qırmızı xəttində qatarların hərəkətinin və stansiyalarda aidiyyəti üzrə normativlərə uyğun tənzimləmə işləri aparılır.

"Bakı Metropoliteni" QSC-dən e-huquq.az-a verilən məlumata görə, bunun nəticəsində xəttin sahələri üzrə qatarların hərəkət intervalında, 1 və 2 dəqiqə gecikmələr müşahidə olunub.

"Hazırda qatarların hərəkətinin cədvəl üzrə tənzimlənməsi aparılır. Sərnişinlərin və hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə bütün tədbirlər görülüb", – QSC-dən bildirilib.