Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın mühüm enerji infrastruktur obyektlərinə kütləvi zərbələr endirib.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarında Rusiya ordusu Ukrayna hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən mühüm enerji infrastruktur obyektlərinə yüksək dəqiqlikli silahlarla kütləvi zərbə endirib. Təyin edilmiş bütün hədəflər məhv edilib”, – məlumatda bildirilib.
