Məzmuna keç

Azərbaycanda su ehtiyatlarının uçotu Qarabağdan başlayacaq

Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.

E-huquq..az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, artıq su balansı sistemi təhvil verilib: “Su ehtiyatlarının faktiki vəziyyəti ilə bağlı uçotun aparılmasını istəyirik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə proqramı işləmişik. Demək olar ki, bütün çaylarda avtomat stansiyaların məlumatları əsasında istənilən vaxt vəziyyəti qiymətləndirmək mümkündür”.