Məzmuna keç

Bakının Nizami küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sentyabrın 1-i saat 06:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

E-huquq.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.