"Bu gün məntəqəmizdə ümumilikdə 1280 seçici səs verəcək. Səsvermə prosesi 8:00-da başlanıb. Seçicilər artıq səsverməyə gəlir".
Bunu e-huquq.az-a açıqlamasında 17 saylı Yasamal üçüncü seçki dairəsi 1 saylı məntəqə seçki komisiyasının sədri Süleyman Məmmədov deyib.
O bildirib ki, sədri olduğu məntəqədə 18 yaşı tamam olmuş və səsvermə hüququndan ilk dəfə istifadə edən şəxsə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən xüsusi dəvətnamə verilib.
"Çalışacağıq ki, seçki prosesində heç bir neqativ hal olmasın. Təlimatlara uyğun olaraq hərəkət edəcəyik", – deyə S.Məmmədov əlavə edib.
Şəbnəm Mehdizadə
