"Hər bir Azərbaycan vətəndaşı kimi seçki məntəqəsinə gəldim və seçki hüququmdan istifadə edərək səsimi verdim".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, seçkilərdə vətəndaşların öz konstitusion hüquqlarını ifadə etməsi üçün lazımi şərait yaradılıb.
"Beynəlxalq müşahidəçilər də aktiv şəkildə seçki prosesində iştirak edirlər", – deyə H.Hacıyev qeyd edib.
Şəbnəm Mehdizadə
