Məzmuna keç

MDB-dən olan müşahidəçi: “Seçicilər üçün bütün lazımi şərait yaradılıb”

"Seçki məntəqəsinin bütün aspektləri yüksək səviyyədə hazırlanıb. Bu, həm əyani materiallardan, həm də siyasi təşkilatların müşahidəçiləri ilə ünsiyyət zamanı aydın görünür”

E-huquq.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar jurnalistlərə açıqlamasında deyib.

O, açılışını müşahidə etdiyi məntəqədə bütün lazımi şəraitin təşkil olunduğunu bildirib: “Hesab edirəm ki, seçkilər Azərbaycan xalqının öz seçimini etməklə bağlı ümumi əhvali-ruhiyyəsini göstərir”.

Şəbnəm Mehdizadə