"Beynəlxalq müşahidəçilərin iştirak etməsi Azərbaycanın seçkiləri açıq və şəffaf keçirmək istəyindən xəbər verir".
E-huquq.az xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini, müşahidəçilər missiyasının rəhbəri Nuran Niyazəliyev deyib.
O, parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Missiyamız 16 nəfərdən ibarətdir. Bizim 20 ildən çoxdur ki, prezident və parlament seçkilərini, referendumları müşahidə etmək təcrübəmiz var. Azərbaycan tərəfindən bizə dəvət gələn kimi üzv dövlətlər bu sorğunu çox müsbət qiymətləndirdi. Dərhal nümayəndə heyəti təşkil edildi. Seçki məntəqələrinə səfərlərimiz zamanı bizim müşahidə aparmağımız üçün lazımi şərait yaradıldı. Bu da öz növbəsində seçkilərin şəffaf şəkildə keçirilməsindən xəbər verir. Seçki günü məntəqələr açılmazdan əvvəl orada idik. Missiyamız Azərbaycanda 57 seçki məntəqsində müşahidə missiyasını həyata keçirib".
