Bakı sakininə qarşı 8 min manatdan çox dələduzluq edilib


  • 11 Sentyabr 10:42

Bakı sakininə 8 min manatdan çox dələduzluq edilib.

Bu barədə e-huquq.aza Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu ərazisində bir nəfərin aldadılaraq 8650 manat dəyərində məhsulunun alınması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər