Azərbaycanda gələn il icmal büdcə 46 milyard manata yaxın olacaq


  • 17 Sentyabr 20:00

2025-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 371,4 milyon manat, xərclərinin isə 45 milyard 867 milyon manat olacağı gözlənilir.

E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 2 % və 0,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 1 milyard 495,6 milyon manat kəsir yaranmalıdır. Bu isə 29,2 % azdır.

Oxşar xəbərlər