Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.
E-huquq.az-ın məlumatına görə, Anım Günü ilə əlaqədar bu gün səhər saatlarından ictimaiyyət nümayəndələri, vəzifəli şəxslər, hərbçilər və şəhid ailələri II Fəxri xiyabanı ziyarət edirlər. Şəhidlərimizin məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. 27 Sentyabr şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Şəbnəm Mehdizadə
