Məzmuna keç

Nazir: “Universitetlərdə tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var”

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

E.Əmrullayev hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu bildirib:

"Əslində bu indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".