Xaçmazda 32 yaşlı qadın dəm qazından boğularaq öldü

Xaçmazda 32 yaşlı qadın dəm qazından boğularaq ölüb.

E-huquq.az xəbər verir ki, şəhərin Rəşid Behbudov küçəsində, Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Nuranə Arif qızı Şıxəliyeva qonaq gəldiyi evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.