- 20:59 | 09.11.2024
- Siyasət
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“Azərbaycan və bütün azərbaycanlı dostlara Dövlət Bayrağı Günü münasibətilə təbriklər!”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Mixalko Bakıda “Bizi birləşdirən su” adlı fotosərginin açılışında iştirak etmişdi.
Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.