- 21:11 | 10.11.2024
- Siyasət
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəliblər.
E-huquq.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.