- 13:13 | 25.10.2022
- Mediasiya
Bu gün “Mediasiya institununun inkişafının dünya təcrübəsi: nəzəriyyədən təcrübəyə” mövzusunda 1-ci Beynəlxalq Forum baş keçirilib.
E-huquq.az xəbər verir ki, forumda orumda ölkəmizi Mediasiya Şurasının Etika Komitəsinin sədri, Bakı 2 saylı mediasiya təşkilatının direktoru, təlimçi mediator İlhamə Həsənova və Mediasiya Şurasının Daxili Audit Komitəsinin sədri, Bakı 8 saylı mediasiya təşkilatının direktoru Mayıl Əhməd təmsil etmişlər. 10 ölkəni təmsil edən 100-dən çox iştirakçının qatıldığı Beynəlxalq Forumda ölkəmizin nümayədələrinə də çıxış üçün söz verilmişdir. İlhamə xanım Həsənova rus dilində mediasiya sahəsində Azərbaycan təcrübəsi ilə bağlı qısa məlumat verərək, tədbir iştirakçılarını salamlamışdır.
Tədbirdə həmçinin həmyerlimiz Rusiya Federasiyasının “Ryazan mediasiya və hüquq“ Mərkəzinin direktoru, siyasi elmlər namizədi Samir Qarayevin geniş çıxışı və təqdimatı da böyük maraqla qarşılanmışdır. Forum iştirakçıları mediasiya sahəsində Azərbaycan təcrübəsi ilə maraqlanmış və bu təcrübə mübadiləsi ilə bağlı mediatorlarımız dəyirmi masa müzakirələrinə dəvət olunmuşlar. Tədbirdə peşəkar mediatorların hazırlığının sitemli metodu, mürəkkəb ailə mübahisələrində mediasiya, müasir reallıqlar fonunda biznes mübahisələrdə mediasiya, mediasiya qaydasında transsərhəd mübahisələrin həlli, onlayn mediasiya və danışıqların aparılmasında innovasiyalar və sairə məsələlər ətrafında çıxışlar dinlənilmiş, müzakirələr aparılmışdır.
Tədbirdə həmcinin beynəlxalq ekspertlər, Banqladeş Beynəlxalq Mediasiya Mərkəzinin direktoru vəkil Judge Halim, Hindistan İnfrabiks mediasiya təşkilatının rəhbəri Racan Racapati, Kolumbiya Beynəlxalq Mediasiya Mərkəzinin rəhbəri Pablo Arteta Manrikin çıxışları maraqla dinlənilmiş və bu ölkələrdəki mediasiya təcrübəsi ilə tanışlıq baş tutmuşdur.