- 09:42 | 30.05.2023
- Dünya
Sudan ordusu və çevik reaksiya qüvvələri arasında atəşkəs daha 5 gün uzadılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xartumdakı səfirliyinin "Twitter" səhifəsində bildirilib.
"Səudiyyə Ərəbistanı və ABŞ, Sudan ordu qüvvələri və çevik reaksiya qüvvələrinin atəşkəs razılaşmasını daha 5 gün uzatmasını alqışlayır", - deyə bəyanatda qeyd olunub.
Atəşkəsin uzadılması qərarının daha çox humanitar yardım və əsas xidmətlərin göstərilməsinə və uzunmüddətli atəşkəsin müzakirəsinə imkan yaradacağı vurğulanıb.
Açıqlamada, mayın 20-də imzalanan atəşkəsin tam yerinə yetirilməsə də, ehtiyacı olan təxminən 1 milyon sudanlıya humanitar yardımın çatdırılmasını təmin etdiyi və daha çox humanitar səylərin göstəriləcəyi bildirilib.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
Şəbnəm Mehdizadə