- 10:02 | 31.05.2023
- Məhkəmə
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi İsfəndiyar Nağıyev vəfat edib.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, o, bu gün 63 yaşında ürəktutmasından dünyasını dəyişib.
Qeyd edək ki, bu gün İ.Nağıyevin hakimlik fəaliyyətinə başlamasının 30 ili tamam olurdu.
İ.Nağıyev 1993-1996-cı illərdə Naxçıvan Şəhər Məhkəməsinin hakimi, 1996-2007-ci illərdə Naxçıvan MR Şərur Rayon Məhkəməsinin sədri , 2007-2017-ci illərdə isə Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan MR Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2017-ci ildən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Şəbnəm Mehdizadə