Dünyagöz Xəstəxanası 8 min manatadək cərimələnə bilər

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə "Dünya Göz Azərbaycan" xəstəxanasına cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, xəstəxana barədə İnzibati Xətalar Məcəlləsnin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Porotokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Dünya Göz Azərbaycan" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclası iyunun 14-də keçiriləcək.

Şəbnəm Mehdizadə