- 11:56 | 03.06.2023
- Siyasət
"Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur".
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.
İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:
ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9
TEL: (+98413) 333 48 03
FAKS: (+98413) 331 53 80
E-MAIL: tabriz@mission.mfa.gov.az
WEBSITE: tabriz.mfa.gov.az