- 17:46 | 21.09.2023
- Dünya
Rumıniyanın Valça bölgəsindəki Kalimanesti şəhərində yol tikintisi zamanı partlayış baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 01:00 radələrində baş verən hadisə zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
Yaralılar Adjud qəsəbəsindəki xəstəxanaya aparılıb.
Partlayışın baş verdiyi ərazinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yol tikintisi zamanı fəhlələrin təbii qaz xəttini zədələməsi olub.
Şəbnəm Mehdizadə