Daha bir terrorçu Türkiyəyə təslim olub

Türkiyənin Ərzurum şəhərində daha bir PKK terrorçusu təhlükəsizlik qüvvələrinə təslim olub.

E-huquq.az xəbər verir ki, bu barədə şəhər qubernatorluğu məlumat yayıb.

Ərzurum Jandarma Komandanlığının təşkilat üzvlərinə qarşı apardığı razılaşdırma işləri nəticəsində bir terrorçunun könüllü şəkildə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib.

Terrorçu Şırnakdakı Habur Sərhəd Qapısından alınaraq şəhərə gətirilib. Müvafiq prosedurlardan sonra o, məhkəməyə çıxarılacaq.

Şəbnəm Mehdizadə