- 22 sentyabr 12:35
- Dünya
Qananın şimalında baş verən silahlı hücum nəticəsində 9 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Qananın Toqo ilə sərhəddəki Pusiqa bölgəsinin Cinkasse kəndində şəxsiyyətləri hələ müəyyən edilməmiş silahlı şəxslər tacirləri daşıyan avtomobilə hücum edib.
Hücumda 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Qeyd edək ki, Qanada bu cür hücumlar nadir hallarda baş versə də, qonşu Toqo və Fil Dişi Sahilindəki yaraqlılar şimal sərhədləri boyunca ara-sıra hücumlar təşkil edirlər.
Şəbnəm Mehdizadə