- 16:18 | 22.09.2023
- Dünya
İtaliyada "Ndrangheta" mütəşəkkil cinayətkar qruplaşmasına qarşı keçirilən əməliyyatda 52 nəfər saxlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Kalabriya bölgəsində "Karphantos" adlı əməliyyat keçirib.
Təxminən 400 təhlükəsizlik əməkdaşının iştirak etdiyi əməliyyatda 52 nəfər saxlanılıb.
Onlardan 38-i gətirildikləri məhkəmənin qərarı ilə həbs edilib, 6 nəfər ev dustaqlığına, 8 nəfər isə şərti azadlığa buraxılıb.
Saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və çirkli pulların yuyulmasında ittiham olunublar.
Qeyd edək ki, "Ndrangheta" İtaliyadakı ən təhlükəli mafiya qruplaşmalarından biri kimi tanınır.
Şəbnəm Mehdizadə