Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub

“Millət vəkili Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub”.

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bildirib.

Onun sözlərinə görə, hazırda Qənirə xanımın ağır vəziyyətə düşməsinin səbəbləri araşdırılır:

“Əsas məqsədimiz xəstəliyin şok klinikasının gedişatını dayandırmaqdır. Müalicələr nəticəsində cüzi də olsa stabillik əldə olunub. Lakin xəstənin çox ağır vəziyyəti davam edir”.