- 15:40 | 21.11.2023
- Dünya
Noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində tikilməkdə olan tunelin çökməsi nəticəsində köməksiz vəziyyətdə işçilərin götüntüləri yayılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, xilasetmə işlərinin 10-cu günündə onlara videozəng edilib.
Uttarakhand əyalətinin baş naziri Puşkar Sinq fəhlələrin vəziyyətlərinin yaxşı olduğunu bildirib. Sinq xilasetmə işlərinin davam etdiyini bildirib. O, xilasetmə işləri boyunca qida, su və oksigen üçün istifadə edilən böyük diametrli polad borular vasitəsilə endoskopik kamera sistemi qurduqlarını söyləyib.
Qeyd edək ki, yerli mediada yer alan məlumatlara görə, tunelin çökməsi nəticəsində 41 nəfər köməksiz vəziyyətdə qalıb.
Şəbnəm Mehdizadə