- 09:58 | 28.11.2023
- Dünya
"Qara dənizdə və Ukraynanın cənubundakı siklon hərbi əməliyyatların tempinə təsir etsə də, döyüşləri tam dayandıra bilməyib".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Bildirilir ki, çətin hava şəraiti hər iki tərəfə bütün cəbhə xətti boyunca quru hücumlarını davam etdirməyə mane olmayıb.
Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri pisləşən hava şəraitindən uğurla istifadə edərək Dnepr çayının sol sahilinin mövqelərində möhkəmlənib.
Şəbnəm Mehdizadə