- 17:10 | 28.11.2023
- Dünya
Cənubi Afrika Respublikasının (CAR) Rustenburq şəhərində platin mədənində baş verən bədbəxt hadisə nəticəsində 11 nəfər həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə "SABC" televiziyası məlumat yayıb.
Məlumata görə, içərisində 86 işçinin olduğu lift qırılıb. Nəticədə 11 nəfər ölüb, 75 nəfər yaralanıb. Xəsarət alan işçilərdən 42-si xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə